Xandanyan: “Ermənistan meydanda tək qalıb”backend

Xandanyan: “Ermənistan meydanda tək qalıb”

2018-ci ildən bu günə qədər Ermənistan Respublikasının müttəfiqlərinə qarşı qeyri-dost hərəkəti kimi şərh edilə bilən bir addım belə göstərmək mümkün deyil. Bu arada, bunun əksini göstərən nümunələr, təəssüf ki, çoxdur.

KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan Milli Assambleyasının Xarici Əlaqələr üzrə Daimi Komitəsinin sədri Sarqis Xandanyan Rusiya Federasiyası Dövlət Dumasının beynəlxalq məsələlər üzrə komitəsinin sədri Leonid Slutskinin bəyanatını şərh edərkən belə deyib.

Qeyd edək ki, Rusiya Dövlət Dumasının Beynəlxalq Əlaqələr Komitəsinin sədri Leonid Slutski bildirib ki, “Ermənistanın hazırkı hakimiyyəti Rusiya və Belarusla dostluq münasibətlərinə qəsdən xələl gətirmək üçün Qərbin tapşırıqlarını hazırlayır”. O, həmçinin qeyd edib ki, Ermənistanın baş naziri “hələ də Qarabağın itkisinə görə məsuliyyəti kiminsə üzərinə qoymağa çalışır, sadəcə olaraq, özünü onun yükündən azad etsin”. Bu açıqlamalara necə cavab verən S.Xandanyan bunları bildirib:

“2018-ci ildən 44 günlük müharibədən tutmuş bu günə qədər dost, müttəfiq ölkələr bizi meydanda  tək qoydu. Qarabağın itirilməsi və buna görə məsuliyyət daşıyanların tapılması məsələsinə gəlincə, yaxşı olardı ki, cənab Slutski Belarus prezidentinin bir neçə ay əvvəl Azərbaycanda verdiyi və Lukaşenkonun ölkəsinin iştirakını etiraf etdiyi bəyanatları ilə tanış olsun.

Məsuliyyət mövzusunun davamı: 44 günlük müharibədən sonra Rusiya sülhməramlılarına Dağlıq Qarabağ xalqının təhlükəsizliyini təmin etmək üçün mandat verilməsi faktdır. Bu, faciə ilə, Dağlıq Qarabağın bütün əhalisinin məcburi köçkünlüyü ilə başa çatan mandat idi.

Ermənistan hökuməti ölkəmizin xarici siyasətini yalnız Ermənistan Respublikasının dövlət maraqlarını nəzərə almaqla aparır və yalnız Ermənistan xalqının Ermənistan hakimiyyətinə tapşırıqlar vermək müstəsna monopoliyasına malikdir.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*