Xanım direktor təqaüdə göndərildi – Yerinə polkovnik təyin edildibackend

Xanım direktor təqaüdə göndərildi - Yerinə polkovnik təyin edildi

Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının direktoru Gülnaz Mahmudzadə işdən çıxarılıb.

KONKRET.az xəbər verir ki, qaynarinfo-nun əldə etdiyi məlumata görə, Milli Arxiv İdarəsinin rəisi Əsgər Rəsulovun müvafiq əmri ilə Mahmudzadə Gülnaz Sədulla qızı son yaş həddi ilə əlaqədar vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.

Onun yerinə İbadov Yasər Məhəmməd oğlu təyin edilib.

Qeyd edək ki, Yasər İbadov təqaüddə olan polis polkovnikidir. O, Sumqayıt Şəhər Polis İdarəsinin 1, 2, 3 və 4-cü Polis Bölmələrinin rəisi, Qaradağ Rayon Polis İdarəsinin xidmət üzrə rəis müavini, Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsinin rəisi vəzifəsində çalşıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*