“Həyat yoldaşım qısqancdır. Amma onu qısqandıracaq nəsə etmirəm. Onun işinə qarışmıram”.
KONKRET.az Axşam.az-a istinadən xəbər verir ki, bu sözləri müğənni Tacir Şahmalıoğlu “Rəngarəng səhər” proqramında deyib. Sənətçi həyat yoldaşı Kəmalə xanımdan danışaraq bunları söyləyib:
“Dindardır, namaz qılır. Evdə oturub balarına baxır. Hər bir ailəyə Kəmalə kimi qadın arzulayıram. Bir dəfə qəlbimə dəyməyib, 24 saat qulluğumdadır. Ürəyi nə istəyir alıram. Qadınlara qızıl hədiyyə edirsən, bununla da könlünü alırsan. Ad günündə, başqa günlərdə alıram. Arvaddan üzr istəmərəm, evin kişisiyəm. Amma xanımımla qarşılıqlı hörmət edirik bir-birimizə”.
Kim olursansa ol, səhvin, günahın varsa üzr istəməlisən. Üzr istəmək kişiliyə xələl gətirmir. Əksinə, insanın öz səhvini başa düşüb onu düzəltməyə çalışması onu ucaldar. Qaldı ki qızıl almağa, xoşbəxtlik qızılla ölçülmür. Hələ ki, evindəki xanımın, uşaqlarının anasının.