Xankəndidə 17 avtomat, 21 qumbara aşkarlandıbackend

Xankəndidə 17 avtomat, 21 qumbara aşkarlandı

Polis əməkdaşları Xankəndidə iki gün ərzində xeyli silah-sursat aşkarlayıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən KONKRET.az-a bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 11-də və 12-də Xankəndi şəhəri ərazisindən 17 ədəd müxtəlif markalı avtomat silahı, 1 pulemyot, 2 tapança, 6 tüfəng, 21 qumbara, 21 alışdırıcı, 5 rabitə qurğusu, 106 patron darağı, 6231 ədəd müxtəlif çaplı patron, 13 süngü-bıçaq və digər sursatlar aşkar olunaraq götürülüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*