Xankəndidə forum: Rəsmilər iştirak edirbackend

Xankəndidə forum: Rəsmilər iştirak edir

Qarabağ Universitetində Azərbaycanın işğaldan azad edilmiş ərazilərində təhsil və dövlət-özəl tərəfdaşlığının inkişafını təşviq etmək məqsədi daşıyan “Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu” keçirilir.

KONKRET.az Report-a istinadən xəbər verir ki, forum “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Elm və Təhsil Nazirliyi və İqtisadiyyat Nazirliyinin tərəfdaşlığı, Qarabağ Dirçəliş Fondu, Təhsilin İnkişafı Fondu, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı və Qarabağ Universitetinin birgə təşkilatçılığı ilə keçirilir.

Tədbirdə dövlət qurumlarının nümayəndələri, bölgədə yerləşən xüsusi nümayəndəliklərin heyəti, özəl sektor təmsilçiləri, Qarabağ Universitetinin professor-müəllim heyəti olmaqla, 200-dən çox iştirakçı yer alır.

Açılış mərasimində elm və təhsil naziri Emin Əmrullayev, Prezidentin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və Qarabağ Universitetinin rektoru Şahin Bayramov çıxış ediblər.

Forum çərçivəsində fərqli sektorları təmsil edən qurum və şirkətlər Qarabağ Universitetində təhsil alan tələbələr üçün “Qarabağ təqaüd proqramı”nı təsis etmək öhdəliyini üzərlərinə götürüblər.

Bildirilib ki, təqaüd proqramı bölgədə insan kapitalının formalaşdırılmasına xidmət etməklə yanaşı, sosial həssas qruplara dəstək göstərməyi və akademik nailiyyətləri yüksək olan tələbələrin motivasiyasını artırmağı hədəfləyir.

Forum çərçivəsində “Böyük Qayıdış: çağırışlar və imkanlar” və “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” mövzularına həsr olunmuş panellərin keçirilməsi nəzərdə tutulub.

Forum hazırda işini panellərlə davam etdirir.


***

Qarabağ Universitetində “Gələcəyin Qarabağı üçün birgə addımlar” konsept mesajı ilə Qarabağ Təhsil və Tərəfdaşlıq Forumu keçirilir.

KONKRET.az xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Azərbaycan Prezidentinin Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında xüsusi nümayəndəsi Elçin Yusubov və digər rəsmilər iştirak edirlər.

Forum çərçivəsində “Böyük Qayıdış: Çağırışlar və imkanlar”, “Qarabağda dövlət-özəl tərəfdaşlığı imkanları” adlı iki panelin keçirilməsi nəzərdə tutulub.

Eyni zamanda Qarabağ Universitetinin tələbələrinin təqdimatında musiqili proqram da baş tutacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*