“Separatçı Arayik Arutyunyanın yaratdığı bir sıra şuralar sonuncunun istefasından sonra buraxılıb”.
KONKRET.az xəbər verir ki, onlardan biri aylar əvvəl ictimai xadimlərdən yaradılmış və anti-Rusiya qanadının fəal nümayəndələrindən biri Tiqran Petrosyanın rəhbərlik etdiyi “Anti-Böhran Şurası”dır.
Son günlər o, yenidən aktivləşib. Çünki anti-Rusiya əhvalında olan qüvvələr Samvel Şahramanyanın seçilməsinə qarşıdırlar. Tiqran Petrosyan özünün facebook səhifəsində yazıb ki, Qarabağda erməni qanı tökülsə və hər şey ona getsə, o qan Arayik Arutyunyanın boynunda olacaq”.
Erməni KİV-in yaydığı bəzi məlumatlara görə, son günlər Qarabağda separatçı qüvvələrlə və digər sektorun müxtəlif nümayəndələri ilə keçirdiyi görüşlər zamanı Şahramanyan ondan vəzifə və imtiyazlar gözləməməyi xahiş edib. Guya separatçı rejimin dövlət aparatının xərcləri çox şişirdilib və mövcud maliyyə resursları bu istiqamətdə xərclərə güclə kifayət edir.
Rəsmiyyə Şərifova,
KONKRET.az