Xankəndidə təcili İCLAS: Könüllü ordu yaradılırbackend

Xankəndidə təcili İCLAS: Könüllü ordu yaradılır

Erməni silahlı qüvvələri tərəfindən işğal edilən Dağlıq Qarabağda qondarma rejimin “deputatları” növbədənkənar iclas keçiriblər.

KONKRET.az xəbər verir ki, bu haqda məlumatı erməni mediası yayıb.

İclasda “Müdafiə haqqında” qanuna dəyişikliklər edilməsi barədə müzakirələr başlayıb.

Bildirilib ki,  könüllü ordunun yaradılması və təşkili ehtiyacdan irəli gəlir.

Müsbət rəy verdikdən sonra “qanun layihəsi”nə dəyişikliklər yekdilliklə qəbul edilib.

Haşiyə: Bu, ermənilərin işğal edilən torpaqlarımızda qalmaq üçün son cəhdləridir. Onsuz da həmin orduya çağırılacaq ermənilərin çoxu hazırda Azərbaycana qarşı döyüşür ya da aradan çıxaraq İrəvana qaçıb. Onlar “başçıları” Arayik Arutyunyan kimi kənd-kənd gəzərək 1-ci Qarabağ savaşında döyüşən qocalara yalvaranadək Azərbaycan ordusu ATƏT-in Minsk Qrupunun görə bilmədiyi işi sona çatdıracaq.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*