İşğaldan azad edilən Xankəndi şəhərində yol kənarında Azərbaycan dilində qoyulmuş Xankəndi lövhəsinin fotosu yayılıb.
KONKRET.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə paylaşım olunub.
Məsələ ilə əlaqədar Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi ilə əlaqə saxladıq. Qurumun mətbuat katibi Anar Nəcəfli sorğumuza belə cavab verdi: “Məlumat üçün bildirim ki, Azərbaycan Respublikasının ərazisində yerləşən yeni inşa edilmiş və mövcud olan bütün avtomobil yollarının kənarlarında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yaşayış məntəqələrimizi və bu məntəqələrə qədər olan məsafəni bildirən məlumatverici lövhələr quraşdırılır və zərurət yarandıqca da quraşdırılacaq”.