Xaricdə doktorantura təhsilinə start verilirbackend

Xaricdə doktorantura təhsilinə start verilir

Avqustun 3-də “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində 2023-cü il üzrə ikinci sənəd qəbuluna start verilir.

Bu barədə KONKRET.az-a Elm və Təhsil Nazirliyindən (ETN) məlumat verilib.

Bildirlib ki, proqrama nüfuzlu xarici ali təhsil müəssisələrində prioritet ixtisas istiqamətləri üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və ya hazırda xaricdə doktorantura səviyyəsində təhsil alan Azərbaycan Respublikası vətəndaşları müraciət edə bilərlər.

Müraciət üçün tələb olunan sənədlərin siyahısıelan  qeydiyyat linki müvafiq keçiddən əldə oluna bilər.

Proqrama müraciət müddəti 20 sentyabr 2023-cü ilə kimi davam edəcək.

Qeyd edək ki, əlavə sual yarandığı zaman [email protected] elektron poçt ünvanına müraciət ünvanlamaq olar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*