“Xarici dövlət borcumuz 6,46 milyard dollardır”backend

“Xarici dövlət borcumuz 6,46 milyard dollardır

“2023-cü ildə ölkənin strateji valyuta ehtiyatları 17% və ya 10 milyard ABŞ dolları artaraq 68,5 milyard dollar təşkil edib (ÜDM-in 95% səviyyəsindədir) və xarici dövlət borcunu 10 dəfədən çox üstələyir”.

KONKRET.az xəbər verir ki, bu fikirləri Baş nazir Əli Əsədov Milli Məclisin iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyəti haqqında hesabatını təqdim edərkən bildirib.

Baş nazir qeyd edib ki, 2023-cü ilin sonuna xarici dövlət borcunun məbləği 3,5% azalaraq 6,46 milyard ABŞ dolları olub və ÜDM-nin 8,9%-ni təşkil edib: “Milli iqtisadiyyatın inkişafında və ÜDM-nin artım tempində neft faktorunu xüsusi nəzərə almalıyıq. Bu baxımdan neft hasilatının sabitləşməsi istiqamətində işlər ciddi nəzarət ilə davam etdiriləcək. Ortamüddətli dövrdə qeyri neft-qaz ÜDM-nin artım tempinin sürətlənməsinin neft-qaz sektorunda azalmanı kompensasiya edəcəyi və iqtisadi artımın sürətlənməsinə töhfə verəcəyi proqnozlaşdırılır”.

Əli Əsədov əlavə edib ki, hesabat ili ərzində büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3,3 milyard manat artırılıb ki, bu da ötən il Strategiyada nəzərdə tutulan hədəflərə çatmağa imkan verib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*