Xarici İşlər Nazirliyindən konqresmenin Qarabağa gəlişinə REAKSİYAbackend

Xarici İşlər Nazirliyindən konqresmenin Qarabağa gəlişinə REAKSİYA

ABŞ Konqresinin Erməni məsələləri komitəsinin həmsədri, əsas erməni lobbiçilərindən olan Frank Pallone, habelə konqresmenlər Ceki Spir-Kançelyan və Cudi Çu dünən vertolyotla Azərbaycanın işğal olunmuş ərazisinə – Qarabağda gəliblər.

ABŞ konqresmenlərinin Dağlıq Qarabağa qanunsuz səfərinə Azərbaycan Xarici İşlər Nazirliyi münasibət bildirib.

KONKRET.AZ bildirir ki, Xarici İşlər Nazirliyinin mətbuat katibi Leyla Abdullayeva səfərlə bağlı danışarkən yayılan materialda bir konqresmendən söhbət getdiyini bildirib:

“Bəzi mətbuat səhifələrində digər şəxslərin də adı gedir.

Ancaq o şəxslər bu səfəri həyata keçirməyiblər”-deyə XİN sözçüsü əlavə edib.

Leyla Abdullayeva qeyd edib ki, Qarabağa qanunsuz səfər edən Frank Pallonenin adı XİN-nin “qara siyahı”sındadır:

“Ermənistan KİV-də yayılmış məlumatlardan göründüyü kimi, söhbət ermənipərəst mövqeyi ilə tanınan Frank Pallonedən gedir.

Hansı ki, bu şəxsin adı 2017-ci ildən etibarən Azərbaycanın işğal edilmiş ərazilərinə qanunsuz səfər edən xarici dövlət vətəndaşlarının siyahısındadır”.

XİN rəsmisi bildirib ki, bu cür məsələlərdə Azərbaycanın mövqeyi dəyişilməzdir:

“Təəssüf ki, belə qanunsuz səfərlər ermənipərəst qüvvələr tərəfindən həyata keçirilir.

İşğal edilmiş Dağlıq Qarabağ və ətraf bölgələrimizə Azərbaycan hökumətinin icazəsi olmadan səfər edən hər hansı xarici ölkə vətəndaşı həmin siyahıya daxil edilir və ölkəmizə girişi məhdudlaşır”.

XİN sözçüsü bundan əvvəl Kiprdən, Fransadan olan şəxslərin Qarabağa etdikləri səfərlərdən də söz açıb:

“Fransadan Qarabağa səfər edənlər adları “qara siyahı”da olanlar idi.

Kiprlə isə Azərbaycanın diplomatik münasibətləri yoxdur.

Təbii ki, sonradan o şəxslərin adı “qara siyahı”ya salınır və növbəti dəfə Azərbaycana gəlmək istədikdə bu, əngəllənir.

Ümumilikdə hər bir xarici ölkə vətəndaşına eyni siyasət şamil olunur.

Azərbaycan qanunvericiliyini pozaraq işğal olunmuş ərazilərimizə icazəsiz səfər edən hər bir şəxs siyahıya salınır”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*