Xarici ölkədə sənədlərini itirənlərin NƏZƏRİNƏ: Bunları mütləq bilməlisiniz…backend

Xarici ölkədə sənədlərini itirənlərin NƏZƏRİNƏ: Bunları mütləq bilməlisiniz...

Başqa ölkəyə gedən azərbaycanlı turistlərin qarşılaşdığı problemlərdən biri də, həmin dövlətdə sənədlərini itirən zaman nə edəcəklərini bilməmələridir. Maraqlıdır, bu problemlə qarşılaşan şəxs nə etməlidir?

Mövzu ilə bağlı hüquqşünas Ramil Süleymanov KONKRET.az-a açıqlamasında bildirib ki, xarici ölkədə sənədlərini itirən şəxs ilk növbədə polisə bu barədə məlumat verməlidir.

Bəraət alan şəxsə kompensasiya necə və kim tərəfindən verilməlidir? –  Hüquqşünas danışdı Yeni Sabah

“Müvafiq qaydada həmin ərazi üzrə hüquq mühafizə orqanlarına ərizəsini təqdim etməlidir. Əgər həmin ölkədə Azərbyacan Respublikasının səfirliyi və yaxud konsulluğu mövcuddursa, ora yaxınlaşmaqla sənədlərinin itdiyini bildirməlidir. Eyni zaman bununla bağlı müvafiq hüquq mühafizə orqanlarından arayış almaqla ölkəyə qayıdış vəsiqəsi əldə etməlidir. Vətəndaş rahat şəkildə Azərbyacan Respublikasının hüquq mühafizə orqanlarından sənədin itməsində dair məktubu ala bilər. Eyni zamanda müvafiq cərimə rüsumunu ödəməli, “Asan Xidmət” mərkəzlərinə və ya digər dövlət qurumlarına sənədlərinin bərpası və yenidən əldə olunması ilə bağlı müraciət ünvanlamalıdır. Bu halda yenidən öz sənədlərini əldə edə bilər”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*