Xarici ölkədə vaksin olunanlar Azərbaycanda sistemə düşə bilmir? – AÇIQLAMAbackend

Xarici ölkədə vaksin olunanlar Azərbaycanda sistemə düşə bilmir? - AÇIQLAMA

“Bir müddət əvvəl xarici ölkələrdə koronavirusdan sağalan və ya vaksin vurdurub gələn Azərbaycan vətəndaşlarının ölkəmizdə qeydiyyata düşməsində problem yaşanırdı. Bununla bağlı çoxsaylı müraciətlərdə daxil olurdu”.

KONKRET.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov AzTV-nin efirində yayımlanan “Gün başladı” proqramında aparıcının xaricdə koronavirusa yoluxub sağalan vətəndaşların ölkəyə qayıtdığı zaman qarşılaşdığı problemlə bağlı suallarını cavablandırarkən deyib.

O bildirib ki, xarici ölkələrdə vaksin olunan və ya COVID-19 xəstəliyinə yoluxub sağalmış Azərbaycan Respublikası vətəndaşları və ölkəyə gələn əcnəbi vətəndaşlar bunu təsdiq edən sənədləri Səhiyyə Nazirliyinə təqdim edərək yaradılmış komissiyada qeydiyyatdan keçməklə müvafiq sertifikatı əldə edə bilərlər.

“Bunun üçün ilk növbədə https://randevu.its.gov.az/ saytına daxil olaraq sağ tərəfdə yerləşən “COVID-19 Certificate Appointment” pəncərəsi seçilməlidir. Açılmış hissədə təqdim olunan məlumatları dolduraraq uyğun saat qeyd etdikdən sonra elektron ünvanlarına randevunun təsdiqi ilə bağlı mesaj gələcək. Qeyd edilmiş saatda şəxsiyyət vəsiqəsi (AR vətəndaşları), qeydiyyat sənədi (əcnəbi vətəndaşlar), xarici pasport və peyvənd olunduqlarına və ya xəstəliyə yoluxub sağaldıqlarına dair sənədləri Səhiyyə Nazirliyinə təqdim etməklə sertifikatlarını təsdiq etdirə bilərlər”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*