Azərbaycanda səfərdə olan bir qrup xarici səyyah Kəlbəcər rayonuna səfər edib.
KONKRET.az xəbər verir ki, qonaqlar Xocalı soyqırımının 30 illiyi ərəfəsində təşkil olunmuş səfər çərçivəsində Kəlbəcərdə ermənilərin törətdiyi dağıntılara baxıb və infrastruktur layihələrinin icrası ilə tanış olublar.
Xarici səyyahların Kəlbəcərlə yanaşı Laçın, Qubadlı və Zəngilana da səfərləri nəzərdə tutulub.
Qeyd edək ki, tanınmış səyyahlar ötən gün Şuşa və Ağdamda səfərdə olublar.