Bu il yanvar-noyabr aylarında Azərbaycan xarici ölkələrlə 22,746 milyard ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb.
KONKRET.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 25,9% azdır.
Bu ilin ilk 11 ayında xarici ticarət dövriyyəsinin 13,060 milyard dolları ixracın, 9,685 milyard dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,6%, idxal isə 21,8% azalıb.
Son nəticədə xarici ticarətdə 3,375 milyard dollarlıq müsbət saldo yaranıb. Bu, illik müqayisədə 43% azdır.
KONKRET.az