Xayal Müazzin: “İran və Rusiya yeni müharibəyə imkan verməyəcək”backend

Xayal Müəzzin: “İran və Rusiya yeni müharibəyə imkan verməyəcək”

İranın tanınmış jurnalisti və beynəlxalq məsələlər üzrə eksperti, həm də İran hökumət sisteminə yaxın mənbə hesab edilən Xayal Muazzin hazırkı regional reallıqlara şərh verib.

KONKRET.az xəbər verir ki, Xayal Müəzzin bu dəfəki şərhində Türkiyəni hədəf alıb. Onun iddiasına görə, “İran və Səudiyyə Ərəbistanı regional təhlükəsizlik naminə münasibətlərini bərpa etdikdən sonra ABŞ İrana qarşı oynayacaq yeni oyunçu tapdı, o da Türkiyədir”.

İranlı ekspert bildirib ki, seçkilərdən dərhal sonra Türkiyədəki Azov qruplaşmasının Ukraynaya qayıtması ilə bağlı Rusiya ilə razılaşmanı pozan Ərdoğan ABŞ-ın tam vassalı olub. İrana qarşı mübarizədə NATO-nun ona hərtərəfli dəstək verəcəyi şübhəsizdir. Bundan sonra Türkiyə bölgədə Səudiyyə Ərəbistanı rolunu oynayacaq”.

Onun şərhinə görə, “Ermənistanın baş naziri Paşinyan Rusiyaya qarşı çıxmaqla Ermənistanda böyük qarışıqlıq yaradıb və ölkəni itirmək riski ilə üzləşib. Mənim fikrim budur ki, İran və Rusiya regionda yeni müharibənin başlamasına imkan verməyəcək. Hərbi nümayəndə heyətimiz Bakıdadır, münaqişənin qarşısını almaq üçün ciddi danışıqlar aparılır”.

Müazzin eyni zamanda xatırladıb ki, “İran bir neçə gündür ki, zirehli texnikasını Ermənistanın Sünik sərhədinə aparır”.

Qeyd edək ki, son günlər erməni mediasında İran rəsmiləri və ekspertlərinin şərhlərinə geniş yer ayrılır.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*