XƏBƏRDARLIQ: “Bu insanları azadlığa buraxmaq olmaz, çünki…” backend

XƏBƏRDARLIQ: "Bu insanları azadlığa buraxmaq olmaz, çünki..." 

“Həbsdən çıxan şəxslərin cəmiyyətə adaptasiyaolması üçün psixoloji hazırlıq vacib məqamlardan biridir. Həyatının müəyyən hissəsini həbsxanada keçirmiş şəxslərin dəyişən ictimaiyyətə adaptasiyası çətinləşir. Məhbus həyatı yaşamış şəxsləri qınamaq və qərəz nümayiş etdirmək olmaz”.

Bu fikirləri klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov KONKRET.az-a açıqlamasında deyib.

Cemiyyetde qorxu var, psixoloq “deli doktoru” deyil” - Psixoterapevt Rövşən Nəcəfov

“Həbsxanada cəzasını çəkmiş şəxsi yenidən cəmiyyətdə cəzalandırmaq olmaz. Məhbus həyatı keçmiş şəxslər də cəmiyyətdəki dəyişikliklərə qarşı nifrət sərgiləməməlidirlər. Psixoloji azadlığı olmayan insanı azadlığa buraxmaq yolverilməzdir”.

Bəs insanlar həbsdən sonra ictimai həyata qayıtmağa nə qədər hazırdırlar?

Ekspertin sözlərinə görə, məhbus həyatı yaşayan insanlar həbsxanadan tez bir müddətdə çıxmaq istəyirlər.

“Bəzi keşmiş məhbuslar azadlığa çıxandan sonra ictimai həyatlarında yenidən yüngül də olsa cinayətlər törədirlər. Odur ki, insanı yenidən cinayətə təhrik edən səbəbləri aradan qaldırmaq lazımdır. Sosial vəziyyətin çətinliyi insanların cinayət törətməsinə bəhanə olmamalıdır. Uğurlu və uyğun olan odur ki, azadlığa çıxacaq məhbuslarla əvvəlcədən psixoloji konsultasiyalar həyata keçirilsin”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*