Xərçəng KABUSU: Milli Onkologiya Mərkəzinə hər gün 1200 müraciət olurbackend

Xərçəng KABUSU: Milli Onkologiya Mərkəzinə hər gün 1200 müraciət olur

Bu gün Milli Məclisin Səhiyyə Komitəsinin iclası keçirlib.

Konkret.az xəbər verir ki, iclasda Səhiyyə komitəsinin üzvü, Milli Onkologiya Mərkəzinin baş direktorunun müavini Kəmaləddin Qafarov bəzi təkliflərlə çıxış edib.

O deyib ki, tibb sahəsi əlavə dəyər vergisindən azad edilməlidir.

“Yəqin ki, bu məsələyə baxılacaq”, – Kəmaləddin Qafarov deyib.

Deputat dərman vasitələrinin qeydiyyatının sadələşdirilməsini də təklif edib. Onun sözlərinə görə, hazırkı tələblər dərman vasitələrinin qeydiyyatında çətinlik yaradır:

“Bu tələblər çətinlik yaradır. Səhiyyə sahəsində son 5 ildə böyük işlər görülüb. Milli Onkologiya Mərkəzinin texniki imkanları genişlənib.

Bu qədər yüksək səviyyəli işlər təqdirəlayiqdir. Genişlənmiş sahənin saxlanılması – dərman, servis və.s üçün 5 il öncəki büdcə ilə tənzimlənir.

Yəni büdcə 5 il əvvəl necə idisə, indi də elə qalır”.

Milli Onkologiya Mərkəzi baş direktorunun müavini bu tibb müəssisəsinə müraciət edənlərin sayını da açıqlayıb:

“Milli Onkologiya Mərkəzinə hər gün 1 200 nəfər müraciət edir. Burada avadanlıqların saxlanılması və s. xərclər üçün 5 qat artıq büdcə lazımdır.

Yəni burada 20-30 faiz artımla nəsə etmək çətin olacaq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*