Xərçəng təhsilinə əngəl olmadı – İmtahanda yüksək nəticə göstərdi- FOTObackend

Xərçəng təhsilinə əngəl olmadı - İmtahanda yüksək nəticə göstərdi- FOTO

Xəbər verdiyimiz kimi, 20 aprel tarixinində keçirilmiş buraxılış imtahanının nəticələri elan olunub.

KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, uğurlu nəticə əldə edənlərdən biri də Rəcəbli Sadiqdir.

Sadiq Rəcəbli 2023-cü ildə xərçəng xəstəliyinə yaxalanıb. Hazırda ev şəraitində müalicə alan yeniyetmə, imtahana qədər dərslərə onlayn qoşulub.

Nəticədə o, bu gün elan edilən nəticələrə görə mümkün 300 baldan 254 bal toplayıb.

Qeyd edək ki, iki il öncə Sadiqin müəllimi Kamran Şeyxzamanlının təşəbbüsü ilə şagirdin müalicəsi üçün yardım kampaniyası başladılmış, yığılan 5 min manatdan çox məbləğ ailəsinə təqdim olunmuşdu.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*