Xərçəngin peyvəndini tapan Rusiya belə İFŞA EDİLDİ: “Yalandır, çünki…”backend

Xərçəngin peyvəndini tapan Rusiya belə İFŞA EDİLDİ: "Yalandır, çünki..."

Rusiya rəsmiləri xərçəngə qarşı peyvəndin istifadəyə hazır olduğunu açıqlayıb. Maraqlıdır, peyvəndin real istifadəyə verilməsi üçün daha hansı addımlar lazımdır?

Mövzu ilə bağlı KONKRET.az-a danışan terapevt Rasif Bağırov bu xəbərlərə skeptik yanaşıb.

Rasif Bağırov: "Bizdə korona dalğavaridir, "Delta" ştammının fərqi..." –  Müsahibə

Onun sözlərinə görə, Rusiyanın verdiyi məlumatlar etibarlı deyil:

“Rusiyanın sözünə inanmaq olmaz. Verdikləri informasiyalar başdan-ayağa yalandır. Dünya informasiya mərkəzlərini izləyirik. İngiltərədə ağciyər xərçənginin qarşısını alan peyvəndlə bağlı məlumatlar var, amma digər orqanların xərçənginə qarşı peyvənd mövcud deyil. Ruslar hansı xərçəngin qarşısını aldıqlarını açıqlamırlar. Sadəcə olaraq müharibənin iqtisadiyyata təsir etmədiyini, elmin inkişaf yoluna qədəm qoyduğunu göstərmək üçün belə məlumatlar yayırlar”.

Həkim əlavə edib ki, xərçənglə mübarizədə ciddi uğur qazanmaq üçün böyük maliyyə vəsaiti tələb edilir:

“Avropada bir alimə ildə 1-2 milyon, bəlkə də daha çox vəsait ayrılır. Rusiyada isə alimlərə maaş belə çatdırmırlar. Əgər real nəticə olsaydı, bunu xarici telekanallar da işıqlandırardı”.

Rasif Bağırovun sözlərinə görə, hər hansı dərmanın kütləvi istifadəsi üçün uzunmüddətli sınaqlar tələb olunur:

“İstənilən dərmanın yoxlama müddəti 15-20 il çəkir. Ola bilsin ki, bu gün vurulan peyvəndin fəsadı 4 ildən sonra üzə çıxsın. Ona görə də Rusiyanın yaydığı məlumat tamamilə yalandır”.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*