Xerson Vilayət Administrasiyasının binası vuruldu – YENİLƏNİBbackend

Xerson Vilayət Administrasiyasının binası vuruldu - YENİLƏNİB

Xerson Vilayət Administrasiyasının binası vurulub.

KONKRET.az xarici KİV-ə istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Aparatının  müavini Kirilo Timoşenko deyib.

Qeyd olunub ki, Rusiya ordusunun hücumu nəticəsində Xerson Vilayət Administrasiyasının binasına zərər dəyib.

Həmçinin, bu gün Xerson şəhərinin mərkəzinə çoxsaylı raket atışlarının həyata keçirdiyi bildirilib.

Xatırladaq ki, Xerson şəhəri ötən ay Rusiya qüvvələrinin çıxarılmasından sonra yenidən Ukrayna ordusunun nəzarətinə keçib.

20:57

Ukraynanın Xerson vilayətinin Rusiya Ordusu tərəfindən atəşə tutulması nəticəsində 8 yaşlı uşaq həlak olub.

KONKRET.az xəbər verir ki, bu barədə şəhərin müdafiə komendantlığının mətbuat xidmətinin rəhbəri Dmitri Pletençuk şəxsi “Facebook” hesabında bildirib.

O qeyd edib ki, uşağın ölümünə ərazidə partlayan mina səbəb olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*