Hazırda Xerson vilayətində bölgəni partlatmaq niyyətində olan diversantları saxlamağa nail olmuşuq”.
KONKRET.az xəbər verir ki, bunu Çeçenistan lideri Ramzan Kadırov deyib.
Onun sözlərinə görə, bu dəfə də saxlanılan şəxslərdən dəyərli məlumatlar əldə olunub:
“Bildirmək istəyirəm ki, Xerson vilayətinin yaşayış məntəqələrinin Ukrayna cinayətkar ünsürlərindən təmizlənməsi tam sürətlə davam edir. Təxribat fəaliyyəti həyata keçirməyi planlaşdıran diversantlar saxlanılıb”.