Xəstə uşağın görüntülərini paylaşıb 10 min manat yığmışdı, həmin pul ailəyə verildi – FOTObackend

Xəstə uşağın görüntülərini paylaşıb 10 min manat yığmışdı, həmin pul ailəyə verildi - FOTO

Bakı şəhəri, Xəzər rayon sakini Mirvari Turabovanın səhhətində problem olan övladının görüntülərini ondan xəbərsiz paylaşaraq ianə toplayan şəxs polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində saxlanıldıqdan sonra toplanmış vəsait ailəyə verilib.

KONKRET.az Oxu.az-a istinadən xəbər verir ki, təqsirləndirilən şəxsin azyaşlının görüntülərindən istifadə etməklə topladığı 10 min manat uşağın ailəsinə təqdim edilib.

Qeyd edək ki, əməli törətməkdə şübhəli bilinən, 2002-ci il təvəllüdlü Feyruz Qəhrəmanovun yaratdığı sosial şəbəkə səhifəsində yerləşdirdiyi bank hesabına müxtəlif şəxslər tərəfindən 10 min manata yaxın ianə köçürülmüşdü.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*