“Qapqara” verilişinin budəfəki qonağı müğənni Ayan Babakişiyeva olub.
KONKRET.az xəbər verir ki, sənətçi cəmiyyətdə müğənni qadınlara münasibətdən danışıb.
Onun sözlərinə görə, boşanmış qadınlarla sənətçi xanımlara qarşı eyni münasibət mövcuddur:
“Qadın boşanıbsa, artıq burada başqa bir mövzu ortaya çıxır. Düşünürlər ki, onun istəkləri fərqlidir. Müğənniyə də eyni cür baxırlar. Heç düşünmürlər ki, sənətçi xanımların həyatında da müqəddəslik var. İnsanların 70 faizi hesab edir ki, sənətçilərdə müqəddəs, ülvi hiss yoxdur. Onların məqsədi yalnız pul qazanmaq, toy məclislərinə getmək və ya başqa bir həyat tərzi yaşamaqdır”.
O, eşq və sevgi haqqında da fikirlərini bölüşüb:
“Eşq və ehtiras ötəri hisslərdir. Sevgi isə o deməkdir ki, sən istəyirsən ki, övladına zərər gəlməsin, yaşadığın ölkədə sülh və əmin-amanlıq olsun. Aşiq olduğun bir şeyə isə zərər verə bilərsən. Bir neçə dəfə aşiq olmaq mümkündür. Bizim cinsəl həyatımızda fərqli-fərqli insanlar ola bilər. Onlara aşiq də ola bilərsən”.
Müğənninin sözlərinə görə, xəyanət səhv deyil, sadəcə, bir seçimdir:
“İstər qadın olsun, istərsə də kişi, heç kim zorla başqasını yanında otuzdurmur, yatağına salmır. Xəyanət mənim üçün yalnız yataqda baş verən deyil, bu, beyində başlayır. Beldən aşağı olan şey isə xəyanət deyil”.
Ətraflı Baku TV-nin süjetində: