Xəzər dənizi sahillərində ölmüş qu quşlarının cəsədləri tapılıb.
KONKRET.az xəbər verir ki, Qazaxıstanın meşə təsərrüfatı və heyvanlar aləminin ərazi müfəttişliyinin rəisi Qabbas Dosatovun sözlərinə görə, Mangistauda artıq 988 qu quşu ölüb, onlardan 20-si Karakiyanski rayonunda dəniz sahilindədir.
Sakinlərin dəniz sahilinə getməsi müvəqqəti olaraq məhdudlaşdırılıb.
“Ölü qu quşlarının aşkar edilmiş bütün cəsədləri basdırılıb. Hazırda ölü quşların axtarışı üçün sahilyanı ərazilərə baxış davam edir”, – deyə yayılan məlumatlarda bildirilir.
Rəsmiyyə Şərifova,
KONKRET.az