Xəzər getdikcə yoxa çıxır: suyun səviyyəsi rekord həddə azalıb – ŞOK SƏBƏBLƏRbackend

Xəzər getdikcə yoxa çıxır: suyun səviyyəsi rekord həddə azalıb - ŞOK SƏBƏBLƏR

Xəzər dənizinin səviyyəsi bütün dövr ərzində minimumdan aşağı səviyyəyə düşüb. Baltik hündürlük sisteminə görə mənfi 29 metrdən də azdır.

KONKRET.az xəbər verir ku, dəniz səviyyəsinin aşağı düşməsi Rusiya və Qazaxıstan sahillərini yuyan ən dayaz şimal hissəsində özünü göstərir.

Bu barədə Xəzər Elmi-Tədqiqat Balıqçılıq İnstitutunun Volqa-Xəzər bölməsindən məlumat verilib.

Xəzər dənizinin səviyyəsində azalma 90-cı illərin ortalarından müşahidə olunur, 2020-ci ildən isə səviyyə təxminən 0,8 metr azalıb.

Azalma dənizdə əsas su mənbəyi olan Volqanın illik axınının aşağı düşməsi fonunda baş verib. Şirin su axınının azalması davam edir.

“İndi Xəzər dənizinin səviyyəsi minimumdan aşağı düşüb. Dəniz səviyyəsinin azalması Rusiya və Qazaxıstan sahillərini yuyan ən dayaz şimal hissəsində daha çox əks olunur. Məhz burada geri çəkilən dəniz sahələri dəniz hövzəsinin əhəmiyyətli hissələrini açır. Ən sıx məskunlaşan canlı orqanizmlər dəniz sahəsinin azalmasından mənfi təsirlənir”, – deyə bölmədən bildirilib.

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi Volqa çayının axınının azalması ilə əlaqədardır. Həmçinin atmosferdə istixana qazlarının artması səbəbindən temperatur yüksəlir, bu da suyun dəniz və çayların səthindən daha tez buxarlanmasına səbəb olur. Bundan əlavə, insanlar suvarma üçün sudan fəal istifadə edirlər. Xəzəri qidalandıran çaylardan sənaye və mənzil-kommunal sektorunda fəal yararlanırlar. Bu da suyun səviyyəsinin azalması ilə nəticələnir.

Xəzər dənizi Yer kürəsinin ən böyük qapalı su hövzəsidir. Xəzər dənizinə 130-dan çox çay axır. Onlardan ən böyüyü Volqa, Ural, Terek, Sulak və Samurdur. Xəzər sahilində beş ölkə yerləşir. Bunlar Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistandır.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*