Xəzər Universitetinin rektoru İradə Xəlilova bu il yanvarın 1-dən öz ərizəsi ilə rektor vəzifəsindən azad edilib.
KONKRET.az xəbər verir ki, bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, sabiq rektor hazırda fəaliyyətini universitetin nəzdində Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru olaraq davam etdirir.
İ.Xəlilovanın rektorluqdan imtina səbəbi tədqiqat işi ilə məşğul olmaq istəyi olub.
Qeyd edək ki, o, Hüceyrə Patologiyası Tədqiqat Mərkəzinin direktoru vəzifəsində 2016-cı ildən işləyir.//Oxu.Az
***
Xəzər Universitetinin rektoru istefa verib.
KONKRET.az AzEdu.az-ya istinadən xəbər verir ki, universitetin rektoru İradə Xəlilova istefa verərək, vəzifəsindən ayrılıb.
Bildirilib ki, yaxın günlərdə yeni rektorla bağlı məlumat ictimaiyyətə təqdim olunacaq.
Qeyd edək ki, bir müddət əvvəl Hamlet İsaxanlının rəhbəri olduğu Xəzər Universitetinin Dünya məktəbində təhsil haqqının yüksək olması barədə məlumat vermişdik.