Xəzərdə neftçi batıb – Axtarışlar aparılırbackend

Xəzərdə neftçi batıb - Axtarışlar aparılır

“SOCAR” dənizdə batan şəxsin kimliyinə aydınlıq gətirib.

“SOCAR”ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov APA-ya bildirib ki, dənizdə batdığı bildirilən İlqar Şərifov neftçidir: “Lakin o, “SOCAR”ın əməkdaşı deyil. İlqar Şərifov “AzGerneft”in əməkdaşıdır. “AzGerneft” MM isə “SOCAR”ın birgə müəssisəsidir. Hadisə iş prosesi zamanı baş verməyib. İlqar Şərifov işdən sonra dənizdə batıb. Hazırda onun axtarışları davam etdirilir”.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Xəzər dənizində Abşeron Neft-Qaz Çıxarma İdarəsinin estakadasının yaxınlığında 1965-ci il təvəllüdlü Şərifov İlqar Şirin oğlunun batması barədə məlumat daxil olub.

FHN-dən APA-ya verilən xəbərə görə, Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.

Əlavə məlumat veriləcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*