Xəzərin sahillərinin çəkilməsinin ŞOK SƏBƏBİ – Rusiyalı alimlərdən mühüm araşdırmabackend

Xəzərin sahillərinin çəkilməsinin ŞOK SƏBƏBİ – Rusiyalı alimlərdən mühüm araşdırma

Rusiya Elmlər Akademiyasının Okeanologiya İnstitutunun alimləri Astraxan Qoruğu ilə birgə Xəzər dənizinin şimal hissəsi və İtil çayının (indiki Volqa) deltasında ekspedisiya aparıblar.

KONKRET.az xəbər verir ki, tədqiqat zamanı Gandurin kanalının boyunca və Xəzərin 50 km-lik sahə dərinliklərində su nümunələri götürülüb. Alimlər 2021-ci ildən bəri ilk dəfə duzsuz və duzlu suyun qarışma zonasını – Malıj Jemçuĵnıy adası yaxınlığında müşahidə edə biliblər. Bu hadisə, yaz aylarında çayın çox zəif axını nəticəsində baş verib.

Araşdırmalarda Sentinel-2 peyk məlumatları da istifadə olunub. Toplanan məlumatlar Xəzərin dayazlaşmasını ləngidə biləcək metodikaların hazırlanmasına və şimal bölgəsində dəniz qoruqlarının yaradılmasına elmi əsas verəcək.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*