Xəzərin suyu buna görə azalır – Əsl səbəb bilindibackend

Xəzərin suyu buna görə azalır - Əsl səbəb bilindi

Xəzər dənizinin su səviyyəsinin azalması regionun ekoloji tarazlığına ciddi təsir göstərir. Maraqlıdır, Xəzər dənizinin su səviyyəsinin azalması dəniz ekosisteminə necə təsir edir?

Mövzu ilə bağlı KONKRET.az-a açıqlama verən su məsələləri üzrə ekspert Rövşən Abbasov bildirib ki, əsas səbəb Xəzərə tökülən çayların suyundan həddindən artıq istifadə olunmasıdır.

Rövşən Abbasov: Azərbaycanda tezliklə milli biomüxtəliflik fəaliyyət planı qəbul olunacaq - AZƏRTAC

Ekspertin sözlərinə görə, Xəzərin suyunun 80 faizdən çoxunu Volqa çayı təmin edir. Lakin Rusiya ərazisində tikilən iri su anbarları, buxarlanma və intensiv istifadə nəticəsində Volqanın axını kəskin şəkildə azalıb:

“Bu hal birbaşa Xəzərin su səviyyəsinə təsir göstərir. Digər çay hövzələrində də oxşar proseslər müşahidə olunur, amma onların Xəzərə təsiri nisbətən zəifdir”.

Abbasov qeyd edib ki, suyun azalması yalnız sahil xəttinin geri çəkilməsi ilə məhdudlaşmır, həm də Xəzər dənizinin bioloji müxtəlifliyinə, balıq ehtiyatlarına və bütövlükdə dəniz ekosisteminə mənfi təsir göstərir.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*