Xiaomi ilk krossoverini təqdim etdi: YU7 modeli bu qiymətə satılacaq – VİDEObackend

Xiaomi ilk krossoverini təqdim etdi: YU7 modeli bu qiymətə satılacaq - VİDEO

Çin texnologiya nəhəngi Xiaomi avtomobil bazarına rəsmi olaraq daxil olub və ilk krossover modelini – Xiaomi YU7-ni təqdim edib.

KONKRET.az xəbər verir ki, yeni model iki fərqli versiyada təklif olunur. Top versiya tam ötürücülü sistemlə təchiz olunub və 690 at gücünə malikdir. Bu versiyanın bir dəfə şarjla maksimum hərəkət məsafəsi 760 kilometrdir. Ən diqqətçəkən yeniliklərdən biri isə klassik cihaz panelinin əvəzinə BMW modellərini xatırladan ön şüşə boyunca yerləşdirilmiş nəhəng proyeksiya displeyidir.

Baza versiyası isə arxa ötürücülüdür və 320 at gücündə mühərriklə təmin olunub. Bu modeldə isə batareyanın gücü bir şarjla 820–835 kilometr məsafə qət etməyə imkan verir – bu göstərici hətta Tesla Model Y-dən daha yüksəkdir.

Qiymətlər:

Yeni Xiaomi YU7-nin başlanğıc qiyməti təxminən 250 000 yuan olaraq açıqlanıb. Bu məbləğ Azərbaycan manatı ilə təxminən 60 000 AZN təşkil edir. Beləliklə, Xiaomi ilk elektromobilini həm gücü, həm də sərfəli məsafə imkanları ilə bazarın iddialı oyunçularından biri kimi təqdim edir.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*