Xilasedicilər Beyrut limanındakı yanğını söndürə bilmirlərbackend

Xilasedicilər Beyrut limanındakı yanğını söndürə bilmirlər

Livanın mülki müdafiə xidmətinin rəisi Raymon Xatar xilasetmə qruplarının hələ Beyrut limanındakı gömrük sərbəst bölgəsindəki böyük bir yanğını nəzarət altına ala bilmədiklərini və özəl su maşınlarından əlavə suya ehtiyac duyduqlarını söyləyib.

KONKRET.az xəbər verir ki, məlumatı RİA Novosti agentliyi Livanın LBC telekanalına istinadən yayıb.

“Hələ yanğının öhdəsindən gələ bilmədik və liman rəhbərliyindən işçilərimizin təhlükəsizliyini təmin etmək üçün anbarda hansı materialların olduğu barədə məlumat vermələrini xahiş edirik” deyib.

O, su maşınlarının sahiblərinə xahişlə müraciət edib: “Dənizə deyil, ən işlək yol körpüsü Charles Helə qədər davam edən yanğını tez bir zamanda söndürmək üçün yanğınsöndürən maşınlarını su ilə doldurmaq üçün Beyrut limanına getsinlər”.

Beyrut limanındakı sərbəst gömrük zonasında cümə axşamı günü böyük bir yanğın baş verib, söndürülməsində 16 yanğın briqadası və helikopter iştirak edir.

Babək Göyüş                       

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*