Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindibackend

Xırdalandakı partlayışda ölən şəxsin kimliyi bilindi

Abşeron rayonu, Xırdalan şəhəri, 27-ci məhəllə adlanan ərazidə yerləşən ikimərtəbəli fərdi yaşayış evində baş verən partlayış nəticəsində vəfat edən şəxsin kimliyi məlum olub.

KONKRET.az xəbər verir ki, partlayış nəticəsində Musayeva Aytən dağıntılar altında qalaraq ölüb.

Hazırda dağıntılar altından qalan uşağın axtarışları davam etdirilir. Ehtimal edilir ki, həmin azyaşlı Musayeva Aytənin övladıdır.

Qeyd edək ki, ötən gecə Fövqəlada Hallar Nazirliyinin xilasediciləri tərəfindən dağıntılar altından altı vətəndaş xilas olunaraq aidiyyəti üzrə təhvil verilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*