Xocalı qətliamına görə Azərbaycanı günahlandıran, Mütəllibovdan müsahibə alan çex jurnalisti öldübackend

Xocalı qətliamına görə Azərbaycanı günahlandıran, Mütəllibovdan müsahibə alan çex jurnalisti öldü

1992-ci il Xocalı hadisələrini ermənilərin xeyrinə işıqlandıran çex jurnalisti Dana Mazalova dünən vəfat edib.

KONKRET.az xəbər verir ki,  Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan bununla bağlı Twitter səhifəsində başsağlığı verib.

“Məşhur çex jurnalisti, hüquqşünas Dana Mazalovanın ölümü məni çox kədərləndirdi” deyə Mnatsakanyan yazıb.

Mazalova Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovla 1992-ci ildə “Nezavisimaya qazeta”da dərc olunan qalmaqallı reportajın müəllifidir.

Mütəllibov o müsahibədə guya bunları deyib: “Qaçan Xocalı sakinləri bütün bunların mənim istefamın bir səbəbi olması üçün təşkil edildiyini söyləyirlər. Bəzi qüvvələr prezidentin nüfuzunu aşağı salmaq üçün hərəkət etdi. İnsanların keçə biləcəyi dəhliz ermənilər tərəfindən açıldı. Bəs onda ermənilər niyə güllələməlidirlər?”.

Bundan əlavə, “Ararat altındakı ölkə” sənədli filminin (1988-ci ilin dekabrında Ermənistanda baş verən zəlzələ haqqında) müəllifi olan çex jurnalisti Mazalova Qarabağ münaqişəsi haqqında məqalələr yazıb və sənədli filmlər çəkib.

Haşiyə: Paşinyan Münhen Təhlükəsizlik Konfransı meydanında Azərbaycan Prezidenti İlham Əliyevlə Qarabağ münaqişəsinin həlli yolları haqqında debat zamanı bu arqumentdən istifadə edib. Mütəllibov gecikmədən ona aid edilən sözləri təkzib edib. 1992-ci il aprelin 2-də Rusiyanın “Nezavisimaya qazeta”sında onunla müsahibəni dərc edən çex jurnalist Dana Mazalova iddia edir ki, Mütəllibov bunu deyib, baxmayaraq ki, çox vaxt keçdiyinə görə itirilmiş dəlilləri təqdim edə bilmir.

Babək Göyüş                                                                                

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*