Xocalıda minaya düşən Nağı İmanovun son durumubackend

Xocalıda minaya düşən Nağı İmanovun son durumu

Xocalıda minaya düşən Nağı İmanovun vəziyyəti stabilləşib.

Bu barədə KONKRET.az-a TƏBİB-dən bildirilib.

Qeyd olunub ki, ona partlayış travması, sağ baldırın aşağı 1/3-nin travmatik amputasiyası, ağır dərəcəli posthemorragik şok diaqnozları təyin edilib.

N.İmanovun müalicəsi Cərrahiyyə şöbəsində davam etdirilir, vəziyyəti stabildir.

Qeyd edək ki, 1963-cü il təvəllüdlü İmanov Nağı Novruz oğlu 21 fevral saat 20:40 radələrində Bərdə Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*