Xocavənddə ağır qəza – Ölən və yaralananlar varbackend

Xocavənddə ağır qəza - Ölən və yaralananlar var

Xocavənddə ölümlə nəticələnən ağır qəza olub.

KONKRET.az Trend-ə istinadən xəbər verir ki, hadisə Xocavənd rayonunun Böyük Tağlar kəndində baş verib.

Belə ki, hərəkətdə olan “VAZ 2106” markalı avtomobil idarəetmədən çıxaraq, yol kənarındakı ağırtonnajlı avtomobilə çırpılıb.

Nəticədə, avtomobildə olan sərnişinlərdən biri – 1995-ci il təvəllüdlü Yaqubov Arzuman Yaqub oğlu hadisə yerində həyatını itirib.

Avtomobilin sürücüsü və maşında olan digər sərnişinlər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*