Xorvatiyada üç güclü zəlzələ oldu: ölən var – VİDEObackend

Xorvatiyada üç güclü zəlzələ oldu: ölən var - VİDEO

Xorvatiya paytaxtı Zaqrebdə 5.3, 5.0 və 3.7 bal gücündə üç güclü zəlzələ baş verib. Nəticədə 15 yaşlı oğlanın öldüyü bildirilir.

KONKRET.az xəbər verir ki, bu barədə məlumatı “Total Croatia News” nəşri yayıb:

“Bu gün səhər bir neçə zəlzələ Zaqreb şəhərini sarsıtdı. Zəlzələlər Xorvatiya paytaxtına sakinlərinin koronavirusun yayılması ilə əlaqədar fövqəladə vəziyyətlə məşğul olduğu bir vaxtda ciddi ziyan vurdu”.

Hər üç zəlzələ Zaqrebdən bir neçə kilometr şimalda baş verib. Birincisi 5.3 bal gücündə yerli vaxtla saat 6:24-də, ikincisi 5.0 bal gücündə saat 7:01-də, üçüncüsü isə 3.7 bal gücündə saat 7:41-də olub.

Baş verən təkanlar nəticəsində bəzi binalarda çatlar əmələ gəlib, damlar və divarlar zədələnib. Küçələr beton plitələrin parçaları ilə örtülüb.

Babək Göyüş

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*