Xorvatiya millisinin sabiq futbolçusu Nikola Pokrivaç yol qəzasında dünyasını dəyişib.
KONKRET.az xəbər verir ki, bu barədə Xorvatiya Futbol Assosiasiyasının rəsmi saytı məlumat yayıb.
Bildirilib ki, qəza Karlovakda 4 minik avtomobilinin toqquşması nəticəsində baş verib. Pokrivaç da daxil olmaqla 2 nəfər ölüb, daha 3 nəfər isə xəsarət alıb.
Qeyd edək ki, 39 yaşlı yarımmüdafiəçi karyerası ərzində vətənində “Dinamo Zaqreb”, “Riyeka”, Fransada “Monako” kimi klublarda çıxış edib. O, yığma komanda ilə 14 oyunda meydana çıxıb.