Xorvatiyanın XİN rəhbəri Ermənistana səfər edəcəkbackend

Xorvatiyanın XİN rəhbəri Ermənistana səfər edəcək

Xorvatiyanın xarici işlər naziri Qordan Qrliç Radman fevralın 7-8-də Ermənistanda rəsmi səfərdə olacaq.

KONKRET.az xəbər verir ki, fevralın 8-də Ermənistan və Xorvatiya xarici işlər nazirlərinin görüşü Ermənistan XİN-də baş tutacaq, ondan sonra xarici işlər nazirlərinin mətbuat konfransı keçiriləcək.

Səfər çərçivəsində Xorvatiyanın xarici işlər nazirinin Ermənistan prezidenti, baş nazir, Milli Assambleyanın sədri, bütün ermənilərin katolikosu və digər rəsmi şəxslərlə də görüşləri olacaq.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*