Xoşqədəm Hidayətqızına növbəti AĞIR İTKİbackend

Xoşqədəm Hidayətqızına növbəti AĞIR İTKİ

Tanınmış teleaparıcı Xoşqədəm Baxşəliyevaya növbəti ağır itki üz verib.

KONKRET.az manşet.az-a istinadla xəbər verir ki, Əməkdar jurnalist, “Üç nöqtə” qəzetinin baş redaktoru, “Səni axtarıram” layihəsinin rəhbəri və aparıcısı Xoşqədəm Hidayətqızının atası Hidayət Baxşəliyev bu gün səhər saatlarında vəfat edib.

Bildirək ki, X.Baxşəliyevanın anası Ofeliya xanım da bir neçə həftə bundan əvvəl dünyasını dəyişmişdi

Qeyd edək ki, Hidayət Baxşəliyev 5 ildir xərçəng xəstəliyindən əziyyət çəkirdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*