Bu gün baş verən yol-nəqliyyat hadisəsində yerli sakin dünyasını dəyişib.
KONKRET.az-ın Şimal bölgə müxbirinin hadisə yerindən bildirdiyinə görə, 1988-ci il təvəllüdlü Xudat sakini Muradov Samir Süleymanoviç motosikletlə hərəkət zamanı idarəetməni itirərək yoldan çıxıb və kənardakı ağaca çırpılıb. Aldığı xəsarətlər nəticəsində Muradov elə yerindəcə keçinib.
Cəlal Fərzəliyev