Xüsusi təyinatlıların hava desant hazırlığı toplanışı keçirildi – FOTObackend

Xüsusi təyinatlıların hava desant hazırlığı toplanışı keçirildi - FOTO

Azərbaycan Ordusunun ümumqoşun poliqonlarının birində Hərbi Dəniz Qüvvələrinin sualtı hücum xüsusi təyinatlılarının hava desant hazırlığı toplanışı keçirilib.

Müdafiə Nazirliyindən KONKRET.az-a verilən məlumata görə, “Sualtı hücum xüsusi təyinatlı kursu”nun kursant və təlimatçı heyəti ilə keçirilən toplanışda paraşüt hazırlığı üzrə müxtəlif tapşırıqlar yerinə yetirilib.

Toplanışın keçirilməsində əsas məqsəd şəxsi heyətin paraşüt tullanışları vərdişlərinin təkmilləşdirilməsi, həmçinin onların döyüş və xüsusi hazırlıq səviyyəsinin daha da artırılmasıdır.

Xüsusi təyinatlıların hava desant hazırlığı toplanışı keçirilib - FOTO

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*