“Ya biz Türkiyə və Azərbaycanın bütün şərtləri ilə razılaşacağıq, ya da müharibə başlayacaq” – Abovyanbackend

"Ya biz Türkiyə və Azərbaycanın bütün şərtləri ilə razılaşacağıq, ya da müharibə başlayacaq" - Abovyan

“Yeni siyasi mövsüm ərəfəsində Ermənistan ictimaiyyətini vədlər, andlar və alovlu çıxışlar deyil, qətiyyətli dəyişikliklər gözləyir” .

KONKRET.az xəbər verir ki, bunu erməni politoloq Arman Abovyan özünün Telegram kanalında yazıb.

Onun fikrincə, indi ölkədə qarşıdurma xeyli pisləşib, “müxalifət-iqtidar” münasibətləri klassik formulundan uzaqlaşıb.

Politoloqun sözlərinə görə, baş nazirin velosiped səfərləri və qrafomanik poetik məşğələləri cəmiyyətdə qızğın müzakirə edilir.

Abovyan belə qənaətə gəlib ki, payızın əvvəlində türkyönlü təbliğat kəskin şəkildə güclənəcək: “Ya biz Türkiyə və Azərbaycanın bütün şərtləri ilə razılaşacağıq, ya da müharibə başlayacaq.

Əsas diqqət Rusiya və İran varlığını Ermənistandan sıxışdırmağa yönələcək. Təbii ki, bu prosesə Türkiyəyönlü resurslar da cəlb olunacaq, bunu İrəvan və Ankara nümayəndələrinin son təmaslarının bəzi təfərrüatları sübut edir.

Bunun fonunda indiki Ermənistan hakimiyyətinin anti-Rusiya və anti-Avrasiya ritorikası güclənəcək. Paşinyan hökuməti isə müharibənin başlanılmaması üçün güzəşt siyasətini gündəmə gətirəcək”.

Günel Mikayılova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*