Meksikalı həkimlər Mexiko şəhərində keçirilən konqresə təqdim edilən insan olmayan canlıların qalıqları üzərində müxtəlif laboratoriya araşdırmaları aparıblar.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Dəniz Sağlamlıq Elmləri Tədqiqat İnstitutunun katibi Xose de Xesus Zalçe Benitesin sözlərinə görə, araşdırmalar iddiaların əksinə olaraq cəsədlərin tək bir skeletə aid olduğunu göstərib. Jurnalist və ufoloq Jayme Maussan tərəfindən təqdim edilən cəsədlərin 1000 illik yad fərdlərin qalıqları olduğu iddia edilib. Ancaq bir çox alimə görə bunlar tamamən boş iddialardır.
Maussan bir neçə gün əvvəl Meksika Konqresinə qalıqları təqdim edəndə dərhal beynəlxalq diqqəti özünə cəlb edib. Cəsədlərin formasının insanlara çox oxşarlığı var. Maussan onların 2017-ci ildə Peruda tapıldığını iddia edir.
Lakin Perudakı elm adamları və arxeoloqlar cəsədləri cəfəngiyyat adlandırıblar.
Xose de Xesus Zalçe Benitez isə deyib ki, “Fiziki quruluş baxımından cəsəd bütövdür və iddia edildiyi kimi skletlər bir yerə yığılmayıb”.
Rəsmiyyə Şərifova,
KONKRET.az