Yağıntılı və küləkli hava şəraiti davam edirbackend

Yağıntılı və küləkli hava şəraiti davam edir

Avqustun 11-i saat 9:00-a olan faktiki hava açıqlanıb.

KONKRET.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur. Yağıntılar bir sıra ərazilərdə leysan xarakterlidir, şimşək çaxır.

Düşən yağıntının miqdarı Balakəndə 21, Qusarda (Laza) 13, Qubada 10, Xaltanda 9, Lənkəranda 8, Naftalanda 5, Yevlaxda 4, Şabranda 3, Lerik, Astara, Biləsuvar, Altıağac, Qəbələ, Qax(Sarıbaş), Ağstafa, Şamaxı, Qobustan, Daşkəsən, Gədəbəy, Bərdə, Tərtər, Mingəçevir, İmişli, Kürdəmir, Goranboy, Şirvan, Sabirabad, İsmayıllı, Göyçay, Xaçmaz, Kəlbəcər, Şahdağ, eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dir.

Bəzi yerlərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Neftçalada 20, Culfada 19, Bakıda və Abşeron yarımadasında 18 m/s-dək güclənir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*