Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdırbackend

Yanğına görə KTM-ə təxliyə olunan 6 körpənin vəziyyəti ağırdır

Respublika Perinatal Mərkəzdən Kliniki Tibbi Mərkəzin Yenidoğulmuşlar şöbəsinə daxil olmuş 15 körpədən 6-nın vəziyyəti ağırdır.

KONKRET.az xəbər verir ki, bunu Kliniki Tibbi Mərkəzin yenidoğulmuşlar şöbəsinin uzman pediatrı Aysel Qədimova deyib.

Həkim bildirib ki, Kliniki Tibbi Mərkəzə daxil olarkən körpələrdən 8-i reanimasiya, 7-si intensiv nəzarət şöbəsinə yerləşdirilib:

“Onlardan 3-ü hazırda süni tənəffüs aparatında, 3-ü isə CPAP tənəffüs dəstəyindədir. Digər körpələrin də müalicə və müayinəsi davam etdirilir. Onların vəziyyətində ağırlaşma olmayıb”.

Qeyd edilib ki, körpələrdən 6-sı qız, 9-u oğlandır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*