Xəbər verdiyimiz kimi, Abşeron rayonu, Xırdalan şəhərində yerləşən AAF Park yaşayış kompleksinin ərazisindəki “Faxralı” restoranında yanğın baş verib.
KONKRET.az qafqazinfo-ya istinadən xəbər verir ki, yanğın nəticəsində restorana bitişik fitnes salonuna da ziyan dəyib.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları cəlb edilib və yanğın daha geniş sahəyə yayılmasına imkan verilmədən tam söndürülüb.
Yanğının tam söndürülməsinə baxmayaraq, həmin obyekt yerlə yeksan olub. Demək olar ki, “Faxralı”dan səhərə sadəcə külləri qalıb.
“Faxralı”dan son fotoları təqdim edirik: