Yanğını söndürmək üçün olan su sakinlərə 30 manata satılırbackend

Yanğını söndürmək üçün olan su sakinlərə 30 manata satılır

Bakının Suraxanı rayonunda yanğın söndürmək üçün nəzərdə tutulan suyun sakinlərə satıldığı iddia olunur.

KONKRET.az Oxu.az-a istinadla xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə müzakirə mövzusu olub.

İddiaya görə, su maşını yaşayış binasının yaxınlığında təhlükəsizlik məqsədilə quraşdırılmış yanğınsöndürmə şəbəkəsindən su götürür və həmin suyu ehtiyacı olan sakinlərə 30 manat müqabilində satır.

Buna səbəb isə əraziyə uzun müddətdir, içməli suyun verilməməsi göstərilir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*