YAP-ın yeni deputat siyahısı açıqlandı — Maraqlı şəxslər kənarda qaldıbackend

YAP-ın yeni deputat siyahısı açıqlandı — Maraqlı şəxslər kənarda qaldı

Gələn il fevralın 9-da keçiriləcək Milli Məclisə seçkilərdə Yeni Azərbaycan Partiyasından (YAP) qatılacaq namizədlərin tam siyahısı bu gün açıqlanacaq.

KONKRET.AZ “Demokrat.az”a istinadla xəbər verir ki, məlumata görə, siyahıda onlarla gənc və yeni namizədlər yer alıb.

Əldə etdiyimiz məlumata görə, yeni siyahıda Siyavuş Novruzov, Eldar İbrahimov, Hadi Rəcəbli, Arif Rəhimzadə, Ziyad Səmədzadə, Fəttah Heydərov, İsa Həbibbəyli, İlham Əliyev, Elman Nəsirov, Hüseynbala Mirələmov, Ağacan Abıyev, Əhliman Əmiraslanov, Naqif Həmzəyev, Zeynəb Xanlarova, Əliağa Hüseynov, Mirkazım Kazımov, Tahir Rzayev, Cavid Osmanov, Hacı Madar Musayev, Flora Qasımova, Əsabil Qasımov, Yaqub Mahmudov, Elşən Musayev, Sona Əliyeva, Əflatun Amaşov, Elmira Axundova, Nizami Cəfərov, Aqiyə Naxçıvanlı, Ziyafət Əsgərov, Valeh Ələsgərov, Cavid Qurbanov, Rövnəq Abdullayev, Zahid Oruc, Rüstəm Xəlilov, İqbal Məmmədov və digər şəxslər yer almayacaq. 

Həmçinin, Bakı Dövlət Universitetinin sabiq rektoru, akademik Abel Məhərrəmov YAP-ın yeni siyahısında yer alacaq. O, deputat seçildiyi təqdirdə Milli Məclisin Elm və təhsil komitəsinin sədri ola bilər.

Əldə etdiyimiz digər məlumata görə, Milli Məclisin Birinci vitse-spikeri Ziyafət Əsgərovun Ali Məhkəmənin sədri, Əhliman Əmiraslanovun isə səhiyyə naziri təyin olunması gözlənilir. 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*