YAP sədrinin müavinləri TƏYİN EDİLDİ – ADLAR – YENİLƏNİBbackend

YAP sədrinin müavinləri TƏYİN EDİLDİ - ADLAR - YENİLƏNİB

Yeni Azərbaycan Partiyasının (YAP) yeni Nizamnaməsinə uyğun olaraq, YAP sədri İlham Əliyevin Sərəncamı ilə Mehriban xanım Əliyeva partiya sədrinin birinci müavini, Əli Əhmədov partiya sədrinin müavini, Tahir Budaqov partiya sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri təyin edilib.

Bu barədə KONKRET.az-a YAP-ın Mətbuat Xidmətindən məlumat verilib.

***

 16:12
“Yeni Azərbaycan Partiyası sədrinin müavinlərinin seçilməsi məsələsinə bu gün keçirilən qurultayda formalaşan yeni İdarə Heyətinin iclasında baxılacaq”.

KONKRET.az xəbər verir ki, bu barədə partiyanın İdarə Heyətinin üzvü Azər Badamov məlumat verib.

O bildirib ki, yaxın günlərdə İdarə Heyətinin yeni tərkibdə iclası keçiriləcək:

“İclasda partiya sədrinin müavinlərinin seçilməsi və təşkilati məsələlərə baxılacaq”.

Qeyd edək ki, bu gün keçirilən VII qurultayda əvvəllər 20 nəfərdən ibarət olan İdarə Heyətinin tərkibi 40 nəfərə qaldırılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*